Ana südü uşaq ölümlərinin sayını azaldan ən önəmli faktorlardandır

Xəbər - Samir Əli – Trend:

Bütün dünyada ana südü uşaq ölümlərinin sayını azaldan ən önəmli faktorlardandır.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Baş pediatr qeyd edib ki, uşağın sağlam və yaddaşlı böyüməsi üçün ana südü vacibdir: “İstərdim ki, valideynlər süd olmayan zaman bunun səbəbini araşdırsınlar. Mütləq 6 ayına qədər uşağa ana südü verilməlidir. Bundan sonra əlavə qidaya keçilə bilər”.


Twitter: @GuleliyevSamir

Teqlər: