“Ana harayı”nın yerləşdiyi park abadlaşdırılır – Foto

“Ana harayı”nın yerləşdiyi park abadlaşdırılır – Foto

Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksini soyqırımın ildönümü ilə əlaqədar yüz minlərlə insan ziyarət edir. Soyqırımının 32-ci ildönümü ilə bağlı abidənin yerləşdiyi parkda aparılan hazırlıq işləri yekunlaşıb.

AzerTimes xəbər verir ki, görülən işlər çərçivəsində Xocalı prospektində abadlıq, təmizlik işləri həyata keçirilib və yeni güllər əkilib.

Parkın ərazisinin yaşıl örtüyü yenilənib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb. Xocalı prospekti boyunca yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Prospektdə, eləcə də Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib.

Anım günü ilə bağlı ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilib.

Teqlər: