Ana dili hərəkatı fəalı sürgünə göndərildi

Ana dili hərəkatı fəalı sürgünə göndərildi

Güney Azərbaycanda ana dili hərəkatı fəalı Əlirza Fərşi 2 illik sürgün cəzasını çəkmək üçün mayın 22-də Xuzistan əyalətinin Bağməlik şəhərinə göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Fərşinin sosial media hesabında paylaşım edilib.

Xatırladaq ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılaraq, Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. O, 2023-cü il fevralın 8-də azadlığa buraxılıb.

Teqlər: