Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsi araşdırılır.
Bu barədə AzerTimes-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Məsələ ilə bağlı məlumatımız var, hazırda araşdırma aparılır”, – qurumdan bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anasının evdən qovması və müxtəlif ünvanlarda gecələməli olduğu barədə məlumatlar yayılıb.