Niderland polisi Amsterdamda Muzey Meydanında ölkədə koronavirusun yayılmasına qarşı tətbiq olunan tədbirlərə qarşı qanunsuz etiraz aksiyası zamanı 150-dən çox insanı saxlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin hüquq-mühafizə orqanlarında bildirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının açıqlamasında qeyd olunub ki, “nümayişdə təxminən 300 nəfər iştirak edib”. 150-dən çox insan saxlanılıb.