Amsterdam və Rotterdam şəhərlərində Respublika Gününə həsr edilmiş bilbordlar yerləşdirilib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderlandın Amsterdam və Rotterdam şəhərlərində 28 may – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş layihə həyata keçirilib.

Komitədən AzerTimes-a verilən məlumata görə, Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin təşəbbüsü ilə bu şəhərlərin mərkəzi meydanında və ticarət mərkəzində “28 may – Azərbaycanın Respublika Günü!” və “Şərqdə ilk demokratik respublika” yazılmış bilbordlar quraşdırılıb. İri lövhələrdə Azərbaycanın işğaldan azad edilmiş Şuşa, Ağdam, Zəngilan və Qubadlı şəhərlərindəki tarixi memarlıq və dini abidələrin təsvirləri də əks olunub.

Layihə yerli sakinlərin diqqətini Azərbaycanın tarixinə və torpaqlarımızın işğaldan azad edilməsinə cəlb etmək məqsədilə gerçəkləşdirilib.

Teqlər: