Amnitsiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz – İdarə rəisi

Xəbər - Samir Əli – Trend:

Amnitsiya tətbiq olunan şəxslərin əvvəlki məhkumluqlarının olub-olmaması yoxlanır.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, amnitsiya aktı qəbul edilən gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılır:


“Əsas məqsəd amnitsiya tətbiq edilən məhkumların siyahısını baş idarəyə təqdim etməkdir. Biz informasiya bazasından istifadə edərək məlumatları yoxlayırıq. Amnitsiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz.

Eyni zamanda Ədliyyə nazirinin əmri ilə Pentensiar Xidmətin və Ədliyuə əməkdaşlarının birgə fəaliyyəti ilə ciddi nəzarət həyata keçirilir. Pentensiar müəasiaələr üzrə bu günə qədər 100-dən çox məhkum azad edilib, cəza müddəti azaldılan məhkumlarla bağlı isə prokurorluğa məlumat təqdim edilib”

Teqlər: