1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən
çox insana şamil edilib.
AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan
Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova
deyib.
O bildirib ki, 1995-2003-cü illərdə imzalanmış 32 əfv fərmanı
ilə 3100-dən çox məhkum bağışlanıb.