Amnistiya indiyədək 1 300-dək şəxsə şamil olunub – Nazir

Xəbər - Humay Ağacanova – AzerTimes:

“8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya indiyədək 1 300-dək şəxsə şamil olunub.

AzerTimes-in məlumatına görə, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov AZƏRTAC-dakı məqaləsində bildirib.

Nazir deyib ki, qəbul edilmiş bu amnistiya aktı tətbiqi dairəsinin genişliyinə görə bütün digər belə aktlardan fərqlənir:

“Belə ki, o həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Bununla yanaşı, ədliyyə orqanları, o cümlədən penitensiar və probasiya xidmətləri tərəfindən amnistiyanın 15 minə qədər şəxsə tətbiq olunması gözlənilir”, – F.Məmədov deyib.

Nazirin sözlərinə görə, Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb:

“Bunun nəticəsidir ki, nazirlik tərəfindən elə ilk gündən amnistiyanın tətbiqinə başlanıb. Amnistiya indiyədək 1 300-dək şəxsə şamil olunub.

Amnistiya aktının humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Böyük ictimai marağa səbəb olan tədbirdə verilmiş açıqlamalar barədə KİV-lərdə və internet resurslarında 300-dək məlumat yayımlayıb”, – deyə nazir qeyd edib.

Teqlər: