Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir – Ədliyyə Nazirliyinin rəsmisi

Xəbər - Samir Əli – Trend:

Zəfər Günü münasibəti ilə təsdiq edilən Amnistiya Aktının Penitensiar Xidmətdə 5800-ə yaxın, Probasiya Xidmətində 8800 nəfər məhkuma şamil olunması gözlənilir.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.


“Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir”.

Teqlər: