Xəbər - Samir Əli – Trend:
Amnistiya aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə icra ediləcək.
AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əlimməd Nuriyev 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən artıq şəxs azadlığa çıxıb: “Düşünürəm ki, bir ay müddətində icra yekunlaşa bilər”.