Xəbər - Samir Əli – Trend:
Bu dəfəki Amnistiya aktına düşən məhkumlar arasında 70 qadın var.
AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
Onun sözlərinə görə, amnistiya aktına düşən məhkumlardan 6 nəfəri yeniyetmədir:
“Bu rəqəmlər dəyişə bilər. Onlardan 4-nün cəzası azaldılacaq, 2 nəfər isə azadlığa çıxacaq. Qadınların sayı isə 70 nəfərə yaxındır. Bu rəqəmlər də dəyişə bilər, onların yarısının cəzası azaldılacaq, yarısı isə azadlığa buraxılacaq” – deyə M.Ələkbərov qeyd edib.