Xəbər - Elçin Mehdiyev – Trend:
Zəfər günü ilə bağlı elan edilən Amnistiya aktının tətbiqi nəticəsində 1921 şəxs azadlığa buraxılıb.
AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, Amnistiya aktı tətbiq edilən şəxslərin 3448 nəfərini kişilər, 228 nəfərini isə qadınlar təşkil edib.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.