Amerikanın ən yaşlı sakini 115 yaşında vəfat edib

ABŞ-ın Nebraska ştatında yaşayan və ölkənin ən yaşlı sakini kimi tanınan Telma Sutkliff 115 yaşında dünyasını dəyişib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, qadın uzunömürlülüyün sirrini siqaret çəkməməkdə, əsəb keçirməməkdə və uşaq sahib olmamaqda görüb.


Telma Sutkliff 1924-cü ildə 18 yaşında ailə həyatı qurub. Evlilikdə övladı olmayan xanımın həyat yoldaşı təxminən 50 il əvvəl dünyasını dəyişib.