Amerikalılar təsdiqlədi: Ukrayna ordusu sol sahildədir

Amerikalılar təsdiqlədi: Ukrayna ordusu sol sahildədir

Ukrayna əsgərləri əvvəlki reydlərindən fərqli olaraq bir müddətdir ki, Xerson vilayətinin Dnepr çayının sol sahilindəki mövqelərini saxlayırlar.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Dnepr boyunca bir neçə günlük məhdud reydlərdən sonra Ukrayna Silahlı Qüvvələri Kazaçye Laqer şəhərinin qərbində mövqelər tutdu. Rusiyalı hərbi müxbirlər iddia ediblər ki, yaşayış məntəqəsinin özü hələ də işğal altında olsa da, Ukrayna kəşfiyyat qrupları ərazidə fəaliyyətini davam etdirir. Bundan əlavə, Ukrayna kəşfiyyat qrupları Antonov körpüsü və Qolaya Pristan ərazilərində fəaliyyətini davam etdirir, həmçinin Dnepr çayı üzərindən reydlər keçirir. Ukrayna qüvvələrinin Dneprin şərq sahilində mövcudluğunun saxlanması ilə bağlı Rusiyanın açıqlamaları, ukraynalıların sahildə möhkəm mövqelər tutmasından narahat olduğunu deməyə əsas verir”, – hesabatda qeyd olunub.

Teqlər: