Amerikalı qocaman sənətçi vəfat etdi

Amerikalı qocaman sənətçi vəfat etdi

Amerikalı məşhur rok-n-roll sənətçisi Cerri Li Lyuis 87 yaşında dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə onun “117 Entertainment Group” şirkəti məlumat yayıb.

“Lyuis rok-n-rollun doğulmuş axırıncı, əsl nəhəng ikonası idi. Vəfat etdi. Ömrünün son günlərində o, müxtəlif xəstəliklərlə, travmalarla mübarizə aparırdı”, – deyə bildirilib.

Qeyd edək ki, Cerri Li Lyuis karyerası boyunca 4 dəfə “Qremmi” mükafatına layiq görülüb. Onun ən məşhur “Great Balls of Fire” mahnısı “Rolling Stone” jurnalına görə, bütün zamanların ən yaxşı 500 mahnısı siyahısına daxil edildi.

Teqlər: