Şimali Atlantika Alyansı (NATO) gələn il Ukraynadakı münaqişə səbəbindən dağılmağa başlayacaq.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu amerikalı polkovnik Lourens Uilkerson “Going Underground” nəşrinə müsahibəsində bildirib.
“Bəlkə 12-15 ay sonra NATO-nun dağılmağa başladığını görəcəyik”, – deyə Uilkerson deyib.
Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişənin uzanacağı və Vaşinqtonun onun həlli üçün addımlar atmayacağı təqdirdə baş verəcək.
O, həmçinin əmindir ki, NATO-nun dağılması indiki liderləri əvəz edəcək yeni Avropa liderlərinə töhfə verəcək.
Qeyd edək ki, Lourens Uilkerson ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin aparat rəhbəri olub.