Rusiyanın genişmiqyaslı hücumu nəticəsində Ukraynanın verdiyi itkilər onminlərlə ölçülür.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli deyib.
“Onlar ağır bədəl ödəyiblər – minlərlə, onminlərlə ölü və yaralı…” – general bildirib.
Onun sözlərinə görə, söhbət hərbçilərlə yanaşı, mülki şəxslərin də itkisindən gedir:
“Rusiyanın hücumları nəticəsində xeyli dinc sakin həlak olub, 15 milyondan çox məcburi köçkün və qaçqın ordusu yaranıb”.