Amerikalı cütlük 200 min dolları zibil qutusuna atdı

Amerikalı cütlük 200 min dolları zibil qutusuna atdı

ABŞ-dan olan cütlük 200 min dollarlıq cekpotu qazandıqlarına şübhə edərək, onu zibil qutusuna atıblar.

AzerTimes xəbər verir ki, bu barədə UPI nəşri yazıb.

Məlumata görə, Cənubi Karolina ştatında yaşayan cütlük “Double Sided Dollars Extra Play” lotereyasında 5 dollarlıq bilet alıb. Evin xanımı bileti qazıdıqdan sonra udacaqlardan tam əmin olmadığı üçün lotereyanı zibil qutusuna atıb. Əri isə zibil qutusuna atılmış bileti götürərək, “üstündə 12 rəqəmi var!”, – deyə qışqırmağa başlayıb.

Beləliklə biletin 200 000 dollarlıq cekpot olduğu məlum olub. Cütlük bu məbləğlə xəyal etdikləri evi almağı düşündüklərini deyiblər.

Teqlər: