Amerika Birləşmiş Ştatlarında ermənilərə məxsus kilsə dağıdılıb.
Kilsə Massaçusets ştatında Haverhill şəhərində olub.
Kilsə ilə bağlı qeyri-müəyyənlik bir neçə ay davam edib. Bəziləri onun tarixi bina kimi saxlanmasını xahiş ediblər. Lakin köhnə tikili olan binanın sökülməsinə qərar verilib.
Kilsə üzvləri uzun müdətdir ki, köhnə tikilini satmağa çalışırdılar. Bu yolla onlar yeni tikili üçün pul əldə etmək istəyiblər.