Amerika Birləşmiş Ştatlarında 45 milyon insan işsiz qaldı

Amerika Birləşmiş Ştatlarında 45 milyon insan işsiz qaldı

ABŞ-da pandemiyanın iqtisadiyyata təsirləri nəticəsində 45 milyondan çox insan işini itirib.

Ötən həftə ərzində daha 1,5 milyon insan işsizlik müavinətinə görə müraciət edib. Bununla da müraciət edənlərin sayı 45 milyonu ötüb.

Hazırda ABŞ-da işsizlik göstəricisi 13,3 % təşkil edir. FED bu göstəricinin il sonuna qədər 9,3 faizə enəcəyini proqnozlaşdırır.

Digər tərəfdən “Forbes” jurnalının məlumatına görə, 18 mart-17 aprel tarixləri arasında 614 ABŞ milyarderi ümumilikdə 584 milyard dollar əldə edib.