Amerika Azərbaycanlılar Şəbəkəsi məktub kampaniyasına başlayıb

Amerika Azərbaycanlılar Şəbəkəsi (US Azeris Network) azərbaycanlı jurnalistlərin və yerli məmurun mina partlayışı nəticəsində həlak olmasına etiraz olaraq məktub kampaniyasına başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Birləşmiş Ştatların ictimaiyyətinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanın 1993-cü ildən 2020-ci ilin noyabrınadək qanunsuz olaraq işğal altında saxladığı Azərbaycanın Kəlbəcər rayonunda ermənilərin yerləşdirdiyi minanın partlaması nəticəsində iki azərbaycanlı jurnalist Sirac Abışov və Məhərrəm İbrahimov, eləcə də yerli məmur həlak olub. Qeyd edilib ki, Ermənistan 1991-ci ildən bəri Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq minlərlə minalar və partlamamış hərbi sursatlar yerləşdirib. Azərbaycanın indiyədək azad edilmiş ərazilərində 20.000-ə yaxın mina və digər partlamamış hərbi sursatı təmizləyə bildiyi nəzərə çatdırılıb.

1997-ci ildə 164 ölkə tərəfindən imzalanan Minaların Qadağan edilməsi Müqaviləsi ilə son dərəcə təhlükəli silahlar olan minaların dünya miqyasında qadağan edildiyini xatırladan məktub müəllifləri təəssüflə bildiriblər ki, Ermənistanın beynəlxalq humanitar hüququ pozmasına baxmayaraq, erməni lobbisi amerikalı vergi ödəyicilərinin hesabına Konqresə davamlı təzyiqlər göstəririr.

“Konqres necə hərəkət etməyə hazırlaşır?”, – deyə soydaşlarımız sual edirlər.

Məktub kampaniyasına aşağıdakı link vasitəsilə qoşulmaq mümkündür:

https://www.votervoice.net/AZERI/Campaigns/85918/Respond

Teqlər: