“American Airlines” aviaşirkəti son bir neçə gün ərzində 1000-dən artıq aviareysi ləğv edib.
AzerTimes-ın “NBC News” telekanalına istinadən verdiyi məlumata görə, reyslərin ləğv edilməsinə səbəb kadr problemləri və hava şəraiti olub.
Məlumata əsasən, cümə günü aviaşirkət təxminən 340, şənbə günü isə 460 reys ləğv edib. Dallasda yerləşən “Southwest Airlines”, öz növbəsində, 86 reysi və ya şənbə uçuşlarının 2 faizini ləğv edib.
Bildirilir ki, bazar günü üçün “American Airlines” 285 reys və cədvəldəki reyslərin 10 faizini ləğv edib.