AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının 400-dən çox əməkdaşı COVİD-19 virusuna qarşı peyvənd olunub.

Akademiyadan AzerTimes-a verilən məlumata görə, vaksinasiyada yaşı 65-dən çox əməkdaşlar iştirak ediblər. Vaksinasiya TƏBİB-in modul tipli xəstəxanasında həyata keçirilib:


“400-dən artıq əməkdaşımız peyvənd olunub və heç bir fəsadla rastlaşmayıblar. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar”.

Teqlər: