Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor
müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan
Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.
Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra
təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səadət
Xəlilov 9 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Səadət Xəlilovun 9 il 6 ay azadlıqdan
məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, itihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və
Sahil Abuşov onun 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov
həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə
azadlıqda olublar. Ötən ilin dekabr ayında keçirilən məhkəmə
iclaslarına gəlmədiklərinə görə onlar haqqında axtarış elan
edilərək hər ikisi həbs edilib. Bundan sonra Qulu Muxtarov və Sahil
Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov
hazırda tək mühakimə olunur.
S.Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan
vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.