Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat müəssisələrində könüllü “Vikipediya” qruplarının yaradılması ölkəmizdə bu istiqamətdə canlanmaya səbəb olacaq.
Bu sözləri AzerTimes-a açıqlamasında AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk deyib.
“Bu il AMEA-da yeni yaradılmış “Elektron Akademiya” şöbəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də “Vikipediya” Ensiklopediyasının elm mərkəzlərində genişləndirilməsini diqqətdə saxlamaqdır. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutlarının əməkdaşlarına Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri keçirilir və həmin qruplar yeni məqalələrin yaradılmasını və əsaslı redaktəsini həyata keçirəcəklər”, – Eltürk bildirib.