Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında “Elm Günü”
münasibətilə elmi nailiyyətlər sərgisi açılıb.
Trend xəbər verir ki, sərgidə AMEA-nın kollektivi və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə və
təşkilatların 2021-ci ildə əldə etdikləri elmi nailiyyətlər nümayiş
etdirilib.
Qeyd edək ki, “Elm günü” 27 marta, Novruz bayramı tətillərinə
təsadüf etdiyinə görə, sərgi aprelin 29-da təşkil edilib.