Xəbər - Fidan Babayeva – Trend:
Qarabağın bərpa prosesi yaxın illər ərzində ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) üçün əsas fəaliyyət istiqamətlərindən biridir.
Bunu AzerTimes-a “AmCham”ın vitse-prezidenti və Direktorlar şurasının üzvü Nərgiz Nəsrullayeva-Müdüroğlu deyib.
O bildirib ki, “AmCham” ölkənin inkişafında bilavasitə iştirak edən iri biznes assosiasiyalardan biridir. Onun sözlərinə görə, hazırda Qarabağ bölgəsinin bərpası və iqtisadi inkişafı üzrə ümumi plan hazırlıq mərhələsindədir:
“Biz inanırıq ki, Azərbaycana xarici investisiyaların cəlb olunması azad edilmiş ərazilərin bərpası, regionda iqtisadi sabitlik və biznes mühitinin yaxşılaşması üçün həvəsləndirici amil olacaq”.
(Tərcümə: Orxan Nəbiyev)