Xəbər - Fidan Babayeva – Trend:
ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) hökumətlə əməkdaşlıq edir və ölkədə işgüzar mühitin təkmilləşməsi üçün atılan addımları dəstəkləyir.
AzerTimes-ın məlumatına görə, bunu “AmCham”ın prezidenti Nuran Kərimov “Ağ sənəd”in təqdimat mərasimində deyib.
O bildirib ki, “Ağ sənəd” vergilər, gömrük, bankçılıq, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalmalar, əmək, turizm və digər sahələri əhatə edir:
“Hökuməti özəl sektorun fikirləri və biznes mühitindəki dəyişikliklər barədə məlumatlandırmaq vacibdir. Biz inanırıq ki, “Ağ sənəd” çərçivəsində “AmCham” üzvləri tərəfindən hazırlanmış təkliflərin reallaşdırılması ölkəmizdə keçirilən iqtisadi islahatlara nöhbəti töhfəmiz olacaq”.
(Tərcümə: Orxan Nəbiyev)