“AmCham” Azərbaycan iqtisadiyyatının dəstəklənməsinə yönəlmiş növbəti “Ağ sənəd”i təqdim edib

Xəbər - Fidan Babayeva – Trend:

ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) növbəti “Ağ sənəd”i ictimaiyyətə təqdim edib.

AzerTimes-ın məlumatına görə, “AmCham” prezidenti bildirib ki, “Ağ sənəd” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin dəstəklənməsinə yönəlib:

“Sənəddə “AmCham” üzvlərinin Azərbayanda biznes mühitinə təsiri, biznesin inkişafına təsir edəcək dəyişikliklər üzrə kollektiv tövsiyələr barədə məlumatlar yer alır”


“Ağ sənəd” iki hissədən ibarətdir və konkret məsələlər barədə tövsiyələri əhatə edir. Bu sənəd iqtisadiyyat sahələrinin dəstəklənməsi üçün iki ildən bir hazırlanır və Azərabycan hökumətinə təqdim edilir.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) 1996-cı ildə yaradılıb və 260-dan çox üzv və tərəfdaşdan ibarətdir.

Teqlər: