“AmCham” Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları artırmağı planlaşdırır – Nərgiz Nəsrullayeva

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyaları artırmağı
planlaşdırır.

Bunu Trend
müsahibəsində “AmCham”ın prezidenti Nərgiz Nəsrullayeva deyib.

Onun sözlərinə görə, yaxın illərdə Azərbaycanda biznes mühitinin
inkişafı, dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi
istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

“Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet
olduğunu nəzərə alaraq, biz bu sahənin təkmilləşdirilməsi
istiqamətində intensiv işləməyi və Azərbaycan iqtisadiyyatına
birbaşa xarici investisiyalar cəlb etməyi planlaşdırırıq”, – deyə
N.Nəsrullayeva bildirib.

“AmCham”ın prezidenti qeyd edib ki, həmçinin palatanın siyasəti
və korporativ sosial məsuliyyəti çərçivəsində təhsil sahəsində bir
sıra yeni layihələrin həyata keçirilməsi, iqtisadiyyatın drayveri
olan kiçik və orta biznesin inkişafı üçün müxtəlif layihələrin
həyata keçirilməsi nəzərdə tutulur.

Teqlər: