

Azərbaycan Mərkəzi Bankı (AMB) Sevinc Kredit ittifaqı MMC-yə icrası məcburi göstəriş verib.
AMB-dən AzerTimes-a verilən məlumata görə, kredit ittifaqı bu ilin I rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib.
Odur ki, “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.