Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Taleh Kazımov özünün Tvitter hesabında yazıb.
“Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq”, – AMB sədri qeyd edib.