“Amazon” yüksəksürətli peyk interneti layihəsini işə salacaq

ABŞ-ın “Amazon” şirkəti özünün yüksəksürətli peyk interneti
layihəsinin işə salınması üzərində işləyir.

Trend-in
məlumatına görə, dünyanın ən zəngin şəxslərindən biri Ceff Bezosa
məxsus şirkət bu məqsədlə üç kosmik şirkətlə müqavilələr
imzalayıb.

“Project Kuiper” adı verilən layihəyə əsasən, beş il ərzində 3
200-dən çox peykin buraxılışı nəzərdə tutulur. Layihədə “United
Launch Alliance”, “Arianespace” və “Blue Origin” kosmik şirkətləri
iştirak edəcək. Layihənin ümumi dəyəri 10 milyard dollar məbləğində
qiymətləndirilir.

“Project Kuiper” layihəsinin “SpaceX”-in “Starlink” layihəsinə
rəqib olacağı gözlənilir. “SpaceX” 2019-cu ildən bugünədək 2 mindən
çox peyki fəzaya buraxıb. Ümumilikdə, 11 min peykin buraxılması
planlaşdırılır.