ABŞ-ın ən böyük şirkətlərindən biri “Amazon” Rusiyaya göndəriş
çatdırılmasını dayandırır.
Trend xəbər verir ki, şirkət həmçinin Rusiyadan Prime Video “striminq” xidmətinə girişi bloklayır.
Amazon dünyanın əksər hissəsində fəaliyyət göstərən və dünyanın
ən böyük elektron ticarət şirkətlərindən biridir. Bundan əvvəl
şirkətin bulud hesablamaları sahəsində xidmətlər göstərən bölməsi
olan Amazon Web Services Rusiyadan yeni müştəriləri qəbul etməkdən
imtina etmişdir.