Amasrada kömür mədənində baş vermiş partlayışla bağlı istintaq işi çərçivəsində saxlanılan 25 şübhəli şəxsdən 7-nin həbs edilməsi barədə qərar çıxarılıb.
AzerTimes xəbər verir ki, müvafiq qərarı Amasra Cümhuriyyət Prokurorluğu verib.
Həbs edilənlər arasında Türkiyə Daşkömür Qurumunun (TDQ) Amasra Müəssisəsinin rəhbəri Cihad Özdəmir, eləcə də müəssisənin digər rəhbər şəxləri var.
Müttəhimlər “Qəsdən birdən çox insanın ölümünə və xəsarət almasına səbəb olma” maddəsi ilə təqsirli bilinib.