SEPAH-ın baş komandanı, general-mayor Hüseyn Salami Zahidanda törədilən terror aktından sonra terrorçulardan amansız qisas alınacağını deyib.
AzerTimes xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“General and içib ki, SEPAH və Bəsic şəhidlərinin, eləcə də Zahidanda “Qara cümə” cinayətinin qurbanı olmuş insanların qanlarına görə terrorçulardan qisas alacaqlar”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətinin Zahidandakı hərbi bazasında baş verən terror hadisəsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.