Alyaska sahillərində 6,3 maqnitudada zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 300-ə yaxın insanın yaşadığı Adak qəsəbəsindən 106 km cənub-şərqdə, 33 km dərinlikdə yerləşir.
Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.