ABŞ-ın Alyaska ştatında 5,3 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Ankoricdən 3,6 kilometr məsafədə olub. Zəlzələnin ocağı 42,1 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.