Altsheymer xəstəliyi ilə bağlı mühüm ixtira

Altsheymer xəstəliyi ilə bağlı mühüm ixtira

Britaniyalı neyrofizioloqlar altsheymer xəstəliyinin izlərini tomoqrammda 98%-ə qədər dəqiqliklə aşkar etməyə qadir olan neyroşəbəkə hazırlayıblar.

AzerTimes “Röyters”ə istinadən xəbər verir ki, nəticələr bazar ertəsi London İmperial Kollecinin mətbuat xidməti tərəfindən açıqlanıb.

Sistem kollecin klinikasında müalicə alan 80 xəstənin beyninin MRT müayinəsi zamanı sınaqdan keçirilib.
“İndiyə qədər altsheymer xəstəliyini bu qədər yüksək dəqiqliklə aşkar edə biləcək belə sadə və geniş yayılmış üsul yox idi”, – professor Erik Aboaji bildirib.

Qeyd edək ki, bu nevroloji xəstəlik beyin hüceyrələrinin ölümünə gətirib çıxarır, nəticədə insanda düşüncə, davranış və sosial bacarıqlar getdikcə azalır. Bu cür xəstə son söhbəti, hadisəni və ya qohumlarının adlarını unuda, tanış yerdə itə bilər.

Teqlər: