Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsini alqışlayıram.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin Demokrat Partiyasının (DP) sədri Gültəkin Uysal deyib.
“Geridə qalan müddətdə türk milləti bu böyük uğuru birinci turda, heç bir müzakirə yeri qoymayacaq şəkildə həll edəcək”, – partiya sədri bildirib.
Qeyd edək ki, Demokrat Partiyası da “Altılı masa”da təmsil olunur.