“Altılı masa”nın üzvləri İYİ Partiyasının sədri Maral Akşənər, DEVA Partiyasının sədri Əli babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu açıqlama ilə çıxış ediblər.
AzerTimes xəbər verir ki, Akşənər Tvitter səhifəsindən verdiyi açıqlamada “Qalib gəlirik” şüarını səsləndirib.
“Yenidən qavrayış araşdırmalarından qidalanan bir seçki gecəsindəyik. Amma alınmayacaq, çünki bu filmi daha öncə də izlədik. Millətimizin verdiyi hər bir səsin sonuna qədər izindəyik. Səhərə qədər buradayıq. Narahat olmayın, Günəş yerində, hər şey yolundadır. Qalib gəlirik”, – Akşənər bildirib.
DEVA Partiyasının sədri Əli Babacan isə, seçki qutusunun yanında olan tərəfdarlarını oranı sona qədər tərk etməməyə çağırıb.
Gələcək Partiyasının lideri Əhməd Davudoğlu da bildirib ki, heç kim manipulyasiya və qavrayış oyunları ilə demokratik seçkinin nəticəsini dəyişə bilməz:
“Seçkinin yekun nəticəsi islaq imzalı protokolların işlənməsi ilə Ali Seçki Qurumunun məlumatları ilə müəyyən ediləcək. Bütün qardaşlarımıza səslənirəm. Seçki qutumuza sahib çıxın, millətin səsini qoruyun”.