“Altılar” platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional məşvərət mexanizmi) potensial iştirakçıların hər birinin maraqlarına cavab verə, Cənubi Qafqazda sülhün, etimadın möhkəmlənməsinə və iqtisadi proseslərin stimullaşdırılmasına töhfə verə bilər.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Moskvanın diqqət mərkəzindədir: “Bizim başlıca səylərimiz üçtərəfli razılaşmaların reallaşdırılmasına yönəlib. Prioritetlər arasında Qarabağda humanitar məsələlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması yer alır”.
(Tərcümə: Orxan Nəbiyev)