Altıgünlük məktəblərdə martın 19-u dərs olacaq – Nazirlik

Altıgünlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan
əvvəl son iş (dərs) günü martın 19-da olacaq.

Trend-un məlumatına görə bu barədə Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət
Valehov bildirib.

O qeyd edib ki, 5 günlük rejimlə işləyən təhsil müəssisələrində
Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan
sonrakı ilk iş (dərs) günü martın 28-i, 6 günlük rejimlə işləyən
təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü
martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın
26-sıdır.

Teqlər: