Altı həftəyə Ukraynada vəziyyət dözülməz olacaq

Altı həftəyə Ukraynada vəziyyət dözülməz olacaq

Ukraynada elektrik enerjisi istehsalının kritik çatışmazlığı yaşanır və yaxın altı-səkkiz həftə ərzində enerji sistemində ağır vəziyyət gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın YASNO şirkətinin baş direktoru Sergey Kovalenko deyib.

“Daxili elektrik enerjisi istehsalı kəskin şəkildə çatışmır. Yaxın altı-səkkiz həftə ərzində kəsirlə bağlı vəziyyət çətin olacaq”, – o bildirib.

Kovalenkonun sözlərinə görə, hətta artıq maksimum həcmə çatan elektrik enerjisinin idxalı da vəziyyəti xilas etmir.

Kovalenko əlavə edib ki, enerji sisteminin vəziyyəti hətta bir gün ərzində əhəmiyyətli dərəcədə dəyişir:

“Atom elektrik stansiyasının bəzi blokları planlı təmir üçün bağlanır və istehlak artmaqda davam edir”.

Teqlər: