İranın yeni hökumətinin fəaliyyətinin ilk altı ayı (23 avqust
2021 – 19 fevral 2022) ərzində qonşu ölkələrdən məhsul idxalı ilin
ilk 5 ayı ilə müqayisədə dəyər baxımından 74%, çəki baxımından 34%
artıb.
AzerTimes-ın məlumatına görə,
bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi
deyib.
R.Lətifinin sözlərinə görə, qeyd olunan müddətdə İran qonşu
ölkələrdən 14,5 milyard dollar dəyərində 14,1 milyon ton məhsul
idxal edib.
İran Pakistandan 161 milyon dollar dəyərində təxminən 174 min
ton, Qazaxıstandan 27,6 milyon dollar dəyərində 72,8 min ton,
Azərbaycandan 21,8 milyon dollar dəyərində 10,6 min ton,
Türkmənistandan 14,5 milyon dollar dəyərində 19,9 min ton,
Əfqanıstandan təxminən 14 mlyon dollar dəyərində 11,4 min ton,
Küveytdən 8,16 milyon dollar dəyərində 4,33 min ton, Qətərdən 3,12
milyon dollar dəyərində 795 ton, Bəhreyndən 876 min dollar
dəyərində 82,5 min ton, digər ölkələrdən 6,78 milyon dollar
dəyərində 3,1 min ton məhsul alıb.
.