Xəbər - Sədrəddin Ağcayev – Trend:
Fransanın “Alstom” şirkəti Azərbaycan dəmir yollarının təhlükəsizliyini təmin edir.
AzerTimes-ın məlumatına görə, bunu “Alstom”un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraçı direktoru Elşən Zeynalov deyib.
Onun sözlərinə görə, şirkət 2017-ci ildə Azərbaycan Texniki Universiteti ilə məzunların işə qəbul olunması ilə bağlı əməkdaşlıq yaradıb və bu gün “Alstom”da 30-a yaxın azərbaycanlı mütəxəssis işləyir.
“Nəzərə alsaq ki, lokomotivlər 30-40 il istismar olunan texnikadır, gənc mütəxəssislərin cəlb olunması yolu ilə keyfiyyətli texniki xidmət təmin olunmalıdır. Bu mütəxəssislər Azərbaycan Texniki Universitetinin məzunlarıdır. Lokomotivlərin qeyd olunan istismar müddəti onu göstərir ki, “Alstom” bütün bu müddət ərzində Azərbaycan bazarında olacaq”.
(Tərcümə: Orxan Nəbiyev)