“Alpin” pilotu Bakıda uğursuzluqla üzləşdi

“Alpin” pilotu Bakıda uğursuzluqla üzləşdi

“Alpin” komandasının pilotu Esteban Okon Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

AzerTimes xəbər verir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Teqlər: