
Avstriyanın Zalsburq şəhəri yaxınlığında 2 qar uçqunu baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ORF televiziyası məlumat yayıb.
Məlumata görə, Alp dağlarında baş verən ilk uçqun 5 xizəkçidən dördünün ölümü ilə nəticələnib. Eyni regionda bir neçə saat fərqlə baş verən digər uçqunda isə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Alp regionunda baş vermiş qar uçqunları Avstriyada 2, Fransada 6 nəfərin ölümünə səbəb olub.


AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN