Alonso Mixail Şumaxerin rekordunu qırdı

Alonso Mixail Şumaxerin rekordunu qırdı

Hazırda “Alpine” komandasında çıxış edən Formula 1 pilotu Fernando Alonso Azərbaycan Qran-prisində yeni rekorda imza atıb.

AzerTimes xəbər verir ki, Alonso Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.

İspaniyalı pilot Formula 1-də 2001-ci ilin martında debüt edib. Azərbaycan Qran-prisində “Renault”, “McLaren” və “Ferrari”nin keçmiş sürücüsü 21 il 3 ay və 8 gününü tamamlayıb. Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş 7 qat dünya çempionu Mixael Şumaxerə məxsus idi.

Qeyd edək ki, Fernando Alonso ikiqat (2005, 2006) dünya çempionudur.

Teqlər: